Sərsəng Su Anbarının AZAD OLMASINA AZ QALIB


Смотреть видео Sərsəng Su Anbarının AZAD OLMASINA AZ QALIB на Smotri.Life бесплатно

99, 973
2, 522   |   53
Bir Bax   |   4 нд.
Поделиться этим видео
Описание видео

Sərsəng Su Anbarının AZAD OLMASINA AZ QALIB - Видео онлайн

#sərsəng #qarabag #cebhe
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83
Sərsəng su anbarı… Tərtər çayı üzərində inşa olunan, regionun ən iri su hövzəsidir. Bu su anbarı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməzdən əvvəl region üçün əsas su təminatı idi. Anbar ermənilərin nəzarəti altına keçdikdən sonra onun vasitəsilə azərbaycanlılara bacardıqları qədər daha çox ziyan vurdular. Sentyabrın 27-də Dağlıq Qarabağda Azərbaycan və erməni silahlı qüvvələri arasında başlamış irimiqyaslı döyüşlər bu starteji anbarı yenidən ölkəmizə qaytara bilər…

Bu kimi videoların davamı üçün aşağıda yerləşən bəyən düyməsini basaraq, bizə dəstək ola bilərsiniz.
Qarabağda ümumilikdə 24 su anbarı var və bunlardan 3 su anbarı qəzalı vəziyyətdədir.
Sərsəng su anbarı Azərbaycanın Dağlıq Qarabağ ərazisində 1976-cı ildə 12 kilometr uzunluğu olan Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib və tutumu 565 milyon kubmetr olaraq regionun ən iri su hövzəsidir. Bəndin hündürlüyü isə 125 metrdir. Sərsəng su anbarı, bəndinin hündürlüyünə görə respublikada ən yüksək su anbarıdır. Tərtər çayı üzərində inşa edilmiş həmin su anbarı bir vaxtlar Ermənistanın Azərbaycana qarşı elan edilməmiş müharibəyə başlamasından əvvəl Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi rayonlarının böyük torpaq sahəsini suvarma suyu ilə təmin edirdi, yüz minlərlə insanın yaşadığı böyük bir kənd təsərrüfatı regionu üçün əsas su təminatı idi. Ermənistan-Azərbaycan müharibəsinin vurduğu ziyanlar sırasında vacib məsələlərdən biri də işğal nəticəsində ermənilərin nəzarəti altına keçmiş Sərsəng su anbarıdır. Anbar ermənilərin nəzarəti altında olduğu üçün işğalçılar onun vasitəsilə azərbaycanlılara bacardıqları qədər daha çox ziyan vurmağa çalışıblar. Yaz-yay aylarında, təsərrüfatların suya daha çox ehtiyacı olduğu vaxtlarda ermənilər yuxarıda adları sadalanan rayonların ərazilərinə su buraxmayıblar. Payızın intensiv yağıntılar dövründə, qış mövsümündə və erkən yazda ermənilər Sərsəng su anbarından maksimal həcmdə su buraxırlar və bu, subasmalara, sahələrin, yolların yuyulub xarab olmasına gətirib çıxarıb.
Təhlükənin qarşısının alınmasının yalnız hərbi əməliyatlar vasitəsilə mümkün olacaq.
Azərbaycan Ordusunun hazırkı əməliyyatlarda başlıca məqsədlərdən və ilk tapşırıqlardan biri Sərsəng su anbarının azad edilməsi olmalıdır.

Ссылка на страницу с видео:

Ссылка HTML на страницу с видео:

Код для вставки плеера:

Sərsəng Su Anbarının AZAD OLMASINA AZ QALIB - Видео онлайн